Kübra Dadaşova
Dadaşova Kübra Məmmədağa qızı (31 avqust 1957 - 12 fevral 2017 ) — Azərbaycan aktrisası.
== Həyatı ==
Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmişdir. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlamışdır. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradır. 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
Aktrisa Kübra Dadaşova 12 fevral 2017-ci ildə 59 yaşında şəkər xəstəliyindən vəfat edib.
== Əsas rolları ==
Cicixanım - ("Qonşu qonşu olsa, kor qız ərə gedər", Rəşid Bəy Əfəndiyev)
Bibi - ("Ruhlar qapını döyür", Rauf İçərişəhərli)
Mənzərə - ("Pul dəlisi", Əhməd Orucoğlu)
Nazlı - ("O da mənəm, bu da", Dadaş Mehdi)
Küpəgirən - ("Mağara", Aygün Həsənoğlu)
Mürəbbiyə - ("Danışan gəlincik", Abdulla Şaiq)
Xeyransa - ("Nəsrəddin", Yusif Əzimzadə)
Göhər - ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu)
Qulməmməd - ("Cənnətin üç alması", Nicat Kazımov)
Qəmərbanu - ("Mahmud və Məryəm", Elçin)
Rəhilə – ("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev)
Ziba xala – ("Ağ dəvə", Elçin)
Ana – ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı)
Ana – ("İncəbel qarı" R.Tohidoğlu)
Ögey ana – ("Göyçək Fatma" Azərbaycan xalq nağılları)
Zümrüd – ("Mən səni sevirəm" Ə.Əmirli)
Zübeydə – ("Buzovna kəndinin əhvalatları", Elçin)
Azərbaycanın əməkdar artisti Məmmədağa Dadaşovun qızıdır.
== Filmoqrafiya ==
Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV)
Bağdada putyovka var... (film, 2000)
Belə də olur (film, 1988)
Cavid ömrü (film, 2007)
Gecə qatarında qətl (film, 1990)
Qəzəlxan (film, 1991)
Layiqli namizəd (film, 1984)
Metranpaj
Nə gözəldir bu dünya...